Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2021 02:34
Taekvondo üzrə qara kəmər ustası Əlibəy Berquzarov çoxuşaqlı ananı döyüb.
Sonxeber.net rus mediasına istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl Moskvada yaşanıb. 37 yaşlı Marina dostları və əri ilə birlikdə bir balıq fermasının ərazisində istirahət edirdi. Kişilər balıq tutur, qadınlar bir-biri ilə ünsiyyət qururdu. Hər şey ondan başladı ki, cüssəli bir şəxs onlara yaxınlaşıb müxtəlif iradlar bildirib. Niyə burada balıq tutduqlarını deyib. Qadının ərini döyüb, onları isə öldürməklə hədələyib.
"Mənə təhqir yağdırdı, qışqırdı. "Mən idmançıyam, sən kim olduğumu bilmirsən, səni öldürəcəyəm", hətta məni zorlayacağı ilə hədələyib. Həqiqətən qorxdum, o, çox böyük və şişman idi, bir boksçunun bir zərbə ilə öldürə biləcəyini eşitdim, özünü çox aqressiv apardı. Sonra cibindən bir telefon çıxardı və üzümə vurmağa başladı, dedi ki, bir şey yazıram. Təpiklə məni vurdu. Bunun belə olacağını ağlıma da gətirə bilmədim, bir qadını necə vura bilərsən? Çox ağır zərbə idi. Ən dəhşətlisi odur ki, üç uşağım var, böyük övladım daimi qayğıya ehtiyacı olan əlildir" deyə Marina bildirib.
Kamran Seyidov