Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır

Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA-nın dəstəyindən yararlanır

Tarix: 16 Avqust 2019 15:15

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyindən yararlananlar arasında sahibkarlarla yanaşı, hazırladığı əl işləri ilə ölkəmizin tarixini və mədəniyyətini təbliğ edən sənətkarlar da var.

KOBİA-dan Trend-ə verilən məlumata görə, əl işlərinin tanıdılmasına və satışına, sərgilərdə iştirakına dəstək göstərilməsi üçün KOBİA-ya müraciət edən Cavid Eyyubov belə sənətkarlardandır.

Ağac üzərində oymaçılıqla məşğul olan Cavid Eyyubov Agentliyin dəstəyi ilə Gədəbəydə keçirilən Milli Yaylaq Festivalı çərçivəsində öz əl işlərini təqdim edib.

Cavid Eyyubov: “Milli Yaylaq Festivalında əl işlərim yerli və xarici qonaqlar tərəfindən maraqla qarşılandı. Xüsusilə də Azərbaycan abidələri və milli musiqi alətləri ilə bağlı əl işlərimə maraq böyük idi. Sərgi oymaçılıq sənətinin təbliğində, əl işləriminin tanıdılmasında faydalı oldu”.

Qeyd edək ki, KOBİA bu il Bakıda və ölkə regionlarında təşkil edilən bir sıra sərgi və festivallarda mikro, kiçik və orta sahibkarların, o cümlədən sənətkarların iştirakına, öz məhsullarını tanıtmasına və satışına, eləcə də işgüzar əlaqələrinin genişləndirməsinə dəstək göstərib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Sənətkarlıqla məşğul olan sahibkarlar KOBİA nın dəstəyindən yararlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ