Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2021 20:20
Gürcüstan balıqçılıq donanmasını bərpa edir. Bunun üçün yeni balıqçı gəmiləri alınacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın iqtisadiyyat naziri Natia Turnava məlumat verib. Onun sözlərinə görə, donanmanın bərpası üçün 51 milyon avro investisiya ayrılıb. İlkin olaraq 14 gəmi alınacaq, sonrakı illərdə isə mərhələli şəkildə bütün köhnə gəmilər yenisi ilə əvəzlənəcək.
"Balıqçılıq donanmasının bərpası nəticəsində 250 yeni iş yeri açılacaq", - deyə Turnava vurğulayıb.