Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2021 21:48
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş "Taliban" hərəkatının liderləri molla Heybətulla Axundzadə və molla Əbdül Qani Bəradar yeni əfqan hökuməti barədə Qəndəhar əyalətində aparılan danışıqlarda iştirak edirlər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Qəndəharda aparıcı əfqan siyasətçiləri, habelə qəbilələrin və müxtəlif etnik qrupların liderləri ilə Əfqanıstanda yeni hökumətin strukturuna dair məsləhətləşmələr aparılır. Danışıqlara "Taliban" hərəkatının digər nüfuzlu üzvləri də qatılıb.
Yerli The Khaama Press agentliyinin bu ərəfədə yaydığı məlumata görə, hərəkatın nümayəndəsi Zəbihulla Mücahid yeni hökumətin formalaşdırılması prosesinin iki həftə ərzində yekunlaşa biləcəyini deyib.