Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kreml: “Taliban”ın hüquqi statusuna yenidən baxılmasından danışmaq hələ tezdir

Kreml: “Taliban”ın hüquqi statusuna yenidən baxılmasından danışmaq hələ tezdir

Tarix: 30 Avqust 2021 17:36

"Taliban" hərəkatının hüquqi statusuna yenidən baxılmasından danışmaq hələ tezdir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Hələlik məsələnin bu cür qoyuluşu tezdir. Bilirsiniz ki, həm Prezident Putin, həm də Xarici İşlər Nazirliyi Əfqanıstanda formalaşacaq rəhbərliyin ilk addımlarına baxmağa meylli olduqlarını bildiriblər. Gəlin unutmayaq ki, indiyə qədər ölkədə idarəçilik formalaşmayıb", - deyə Kremlin sözçüsü "Taliban"ın hüquqi statusuna yenidən baxılıb-baxılmayacağı ilə bağlı suala cavabında bildirib.

O xatırladıb ki, hələlik Əfqanıstandan xaricilərin və vətənlərini tərk etmək arzusunda olan əfqanların təxliyə prosesi gedir: "Əfqanıstan ərazisində terrorçu qrupların və ünsürlərin olması ilə əlaqədar təhlükəli bir proses gedir. Bu səbəbdən "Taliban" hərəkatının ilk addımlarının nə olacağını görmək çox vacibdir. Sonra bəzi nəticələr çıxara bilərik".

Qeyd edək ki, "Taliban" Rusiyada qanunvericiliklə fəaliyyəti qadağan edilmiş terrorçu təşkilat hesab olunur.


Etiketlər:  Kreml Talibanın hüquqi statusuna yenidən baxılmasından danışmaq hələ tezdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ