Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2021 21:44
Özbəkistana Rusiyadan daha 90 min doza "Sputnik V" vaksini gətirilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bununla da ölkəyə gətirilən vaksinlərin sayı 17 milyon 946 min 540 dozaya çatıb.
Hazırda ölkədə Özbəkistanın da həmmüəllifi olduğu "ZF-UZ-VAC2001", "AstraZeneca", "Sputnik V" və "Moderna" peyvəndlərindən istifadə olunur. Bu günədək Özbəkistan əhalisinin 1,7 milyon nəfəri peyvənd edilib.
İlin sonunadək 7 milyon nəfərin peyvənd olunması nəzərdə tutulur.