Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 07:33
Venaların varikoz genişlənməsi - venoz sistemdə qanın durğunluğu və genışlənərək formasını dəyişməsi nəticəsində yaranan xəstəlikdir. Qan durğunluğu venoz klapanların çatışmazlığı nəticəsində yaranır.Venoz qan venaların daxilində olan qapaqlar - klapanlar hesabına ürəyə qayıdır. Əgər bu klapanlar zəifləyirsə, qan əks istiqamətdə qayıdır və venaları geniıləndirir. Xəstəliyin əsas əlamətləri ayaglarda ağırlıq hissi, tez yorulma və qıcolmalardır.Venalarin varikoz genişlənməsi müxtəlif səbəblərdən yarana bilər. Buna həm irsi meyillilik və statik iş rejimi, həm də hamiləlik səbəb ola bilər.
Dərman bitkiləri ilə müalicə:
At şabalıdı çiçəyinin cövhəri - 3 xörək qaşığı çiçək 500 ml araqla ara-sıra çalxalamaqla 14 gün saxlanılır. Süzüldükdən sonra gündə 3 dəfə olmaqla, yeməkdən 20 dəqiqə əvvəl hər dəfə 30-40 damcıdan qəbul edilir. Müalicə müddəti 3-4 həftədir.
Söyüd qabığı dəmləməsi - 4 xörək qaşığı qabığın üzərinə 5 litr su tökülür, vam odda 30 dəq. qızdırılır və süzülür. Bu dəmləmə ilə ayaqlara vanna edilir.
Ballı-kartoflu islatma - 100qr sürtgəcdən keçirilmiş kartof 1 çay qaşığı balla qarışdırılır. Qarışıq bir neçə dəfə qatlanmış tənzifin üzərinə çəkilir və xəstə nahiyəyə qoyulur. Tərpənməməsi üçün bint sarğı ilə baglanır və 2 saat müddətində saxlanır. Belə sarğılar gündə 2 dəfə edilməlidir.
Boymadərən otu dəmləməsi - 2 xörək qaşığı otun üzərinə 250 ml qaynar su töküb 40 dəq. dəmlədikdən sonra süzülür. Dəmləmə gündə 3 dəfə 2 xörəkqaşığı miqdarında qəbul edilir.
Ativarikozn məlhəm - aptek çobanyastığı çiçəyi və adaçayı yarpaığının hərəsindən 2 çay qaşığı, 3 xörək qaşığı at şabalıdının sürtgəcdən keçirilmiş meyvəsi, 1 çay qaşığı kartof nişastası qarışdırılır. Üzərinə 200 qr isidilmiş toyuq piyi əlavə edilir və su hamamında 2,5 saatdəmlənir. Bir gecə saxladıqdan sonra yenidən qızdırılır və süzülərək soyudulur. Alınan məlhəm bir neçə dəfə xəstə nahiyəyə çəkilir.
Hirudoterapiya - zəli ilə müalicə deməkdir. Zəlilər zədələnmış damarlar boyunca şahmat şəklində düzülür. Eyni zamanda 5-10 ədəd zəli qoymaq olar. Ehtiyatlı olmaq lazımdır ki, zəli dərialtına düsməsin. Zəliləri qətiyyən qopartmaq olmaz, onlara spirtlə isladılmış pambıq yaxınlaşdırdıqda özləri düşür.