Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 21:08
Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Bazel" heyətini yeni oyunçularla gücləndirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə İsveçrə klubunun rəsmi saytı məlumat yayıb.
"Sportinq"in yarımmüdafiəçisi Jelson Fernandeş "Bazel"də icarə əsasında çıxış edəcək. 18 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Portuqaliyanın digər klubu "Benfika"nın müdafiəçisi Tomas Tavareş də heyətə cəlb edilib. Onunla 1 illik müqavilə imzalanıb.
Bundan başqa, Fransanın "Nitsa" klubunun futbolçusu Dan Ndoye də Bazel şəhərinin eyniadlı təmsilçisində çıxış edəcək. İsveçrə millisinin üzvü olan 20 yaşlı hücumçu da 1 illik icarəyə götürülb.
Qeyd edək ki, "Bazel"lə "Qarabağ"ın ilk görüşü sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.