Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2021 22:12
Son 400 il ərzində baş vermiş xəstəliklərin yeni analizi onu göstərib ki, yeni böyük pandemiyanın baş vermə ehtimalı əvvəl düşünüldüyündən daha yüksəkdir. Dyuk Universitetinin tədqiqatçıları aşkar ediblər ki, COVID-19-a bənzər pandemiya 2% ehtimal ilə hər il baş verə bilər. Bu isə o deməkdir ki, 2000-ci ildə doğulmuş istənilən şəxs 38%-lik ehtimal ilə 2021-ci ildə bu cür pandemiya ilə rastlaşacaq. Tədqiqatçıların sözlərinə əsasən bu ehtimal getdikcə artır. "Ən vacib nəticə ondan ibarətdir ki, COVID-19 və ispan qripi kimi pandemiyalar yüksək ehtimal ilə baş verə bilərlər. Pandemiyaların heç də nadir hadisələr olmadıqları anlayışı onlarla mübarizə tədbirlərinin gücləndirilməsinə səbəb olmalıdır" - deyə tədqiqatçılardan biri qeyd edib.
Tədqiqatçılar xəstəliklərin miqyaslarını və yayılma tezliklərini hesablamaq üçün yeni statistik üsullardan istifadə ediblər. Beləliklə tədqiqatçıların analizlərinə taun, təbii çiçək, vəba və yeni qrip virusları daxil olublar. Nəticə etibarilə tədqiqatçılar pandemiyaya səbəb ola biləcək müxtəlif xəstəliklər aşkar ediblər. Bununla yanaşı onlar mövcud olan vəziyyətin miqyasına bənzər hadisənin baş vermə ehtimalını təsvir edə biləcək qanunauyğunluğu da təyin ediblər. Müasir dövrün ən ölümcül pandemiyası ispan qripi səbəbilə baş verib. Həmin pandemiya 1918-ci ildən 1920-ci ilə kimi 30 milyondan çox insanın həyatına son qoyub. Bu cür pandemiyanın təkrarlanma ehtimalı hər il 0.3%-dən 1.9%-ə kimi dəyişir. Digər tərəfdən bu o deməkdir ki, bu cür pandemiya növbəti 400 il ərzində baş verməlidir.