Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Plastik kartlarla əməliyyatların sayı 51% artıb

Plastik kartlarla əməliyyatların sayı 51% artıb

Tarix: 31 Avqust 2021 22:52

Azərbaycan banklarının dövriyyədə olan aktiv plastik kartlarının sayı bu ilin iyul ayında əvvəlki ayla müqayisədə 88 min və ya 0,9 % artaraq 10,139 milyona çatıb.

Sonxeber.net Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, ilin əvvəli ilə müqayisədə 9,8 %, son bir ildə isə 15,3 % çoxdur.

Hesabat dövründə sosial kartların sayı 3,409 milyon (əvvəlki ayla müqayisədə 1,7 % az), əmək haqqı kartları 2,601 milyon (0,3 % çox), digər kartlar 2,884 milyon (3,5 % çox) və kredit kartlarının sayı 1,244 milyon (3,4 % çox) ədəd olub.

Bu il avqustun 1-nə debet və kredit kart sahibləri ümumi dəyəri 3,225 milyard manat olan 29,084 milyon əməliyyat həyata keçiriblər. Bu isə illik müqayisədə müvafiq olaraq 20,2 % və 50,9 % çoxdur.


Etiketlər:  Plastik kartlarla əməliyyatların sayı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ