Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəniz sahilində qadın meyiti tapıldı - FOTO

Dəniz sahilində qadın meyiti tapıldı - FOTO

Tarix: 1 Sentyabr 2021 09:50

Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin sahilində çimərlik geyimində 25-26 yaşlarında naməlum qadın meyiti tapılıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, onun dənizdə boğulduğu ehtimal edilir. Aşkarlanan meyit arıq bədən quruluşlu və boyu 156 santimetrdir. Onun üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Tapılan zaman barmağında qızıl üzük olub.

Həmin şəxsi tanıyanlardan Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 012-454-22-22 və 070-300-20-99 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.

Milli.Az


Etiketlər:  Dəniz sahilində qadın meyiti tapıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ