Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2021 11:56
Koronavirusun "Delta" ştammının və Çinin "sıfır yoluxma" siyasətinin nəticələri Çin iqtisadiyyatına ciddi ziyan vurub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, iş və istehsalat aktivliyi indeksləri iqtisadi artımın yavaşladığını göstərir.
İqtisadi artımın yavaşlamasının səbəbi koronavirusun "Delta" ştammının yayılması və Çin hökumətinin onunla mübarizə üçün sərt tədbirləri olub.
Nankin şəhərində Çində il ərzində ən güclü yoluxma qeydə alınandan sonra, hökumət yeni infeksiyaların yayılmasının qarşısını almaq üçün bir sıra həlledici tədbirlər gördü. Şəhərlər bağlandı, hava səyahətləri məhdudlaşdırıldı və ticarət dayandırıldı. Çin hökumətinin "Delta" variantına qarşı mübarizədə aqressiv strategiyası virusun qarşısını almağa və eyni zamanda iqtisadi artımın azalmasına səbəb oldu.
Təchizat zəncirindəki qlobal problemlər vəziyyəti daha da ağırlaşdırıb.
Mütəxəssislər gözləyirlər ki, Çin koronavirusun yayılmasına nəzarət etdiyi üçün vəziyyət sentyabr ayında dəyişəcək.