Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2021 14:35
Stilist Anar Ağakişiyev yenə əl işi ilə gündəmə gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, uzun müddətdir Türkiyədə fəaliyyət göstərən məşhur yenə müğənni Bülənt Ərsoyu makiyaj edib. Anar ifaçı ilə görüntülərini sosial şəbəkə hesabında yayımlayıb.
İzləyicilər Büləntin makiyajının uğurlu alındığını, onun gənc göründüyünü vurğulayıblar. Anar bildirib ki, Ərsoyun konserti üçün onun imicini dəyişib və yeni obraz yaradıb.
Qeyd edək ki, Ağakişiyev bir neçə gün əvvəl türkiyəli müğənni Demet Akalının da konsertində onun saç və makiyajını edib. Demetin sözügedən görünüşü də səs-küy yaratmışdı.