Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstirahət günlərinin HAVA PROQNOZU açıqlanıb

İstirahət günlərinin HAVA PROQNOZU açıqlanıb

Tarix: 17 Avqust 2019 09:10

Bakı. Trend:

Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 22-27 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində havanın yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 33-38 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 34-39 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  İstirahət günlərinin HAVA PROQNOZU açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ