Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2021 13:06
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Sabunçu rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihələr həyata keçirilir. Rayonun Zabrat, Maştağa, Bilgəh və Pirşağı qəsəbələrində içməli su probleminin ciddi müşahidə olunduğu ərazilərdə əhali tərəfindən primitiv qaydada yaradılmış şəbəkələr ləğv edilərək yeni mərkəzləşdirlimiş su təchizatı sistemləri yaradılır. İndiyədək mərkəzləşdirilmiş şəbəkə olmadığından sakinlər içməli su təchizatında çətinliklə üzləşirdi. Tikinti normalarına cavab verməyən bu xətlərdə qəzaların baş verməsi sabit hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə səbəb olur, eləcə də suyun keyfiyyəti üçün müəyyən risklər yaradırdı.
Sonxeber.net Real TV-yə istinadən xəbər verir ki, şəbəkə olmayan ərazilərdə isə sakinlər içməli suyu daşıma yolu ilə əldə edirdi. Yeni mərkəzləşdirilmiş şəbəkələrin yaradılması bu problemlərin apradan qaldırılmasına ilə yanaşı, yeni abonentlərin sistemə qoşulmasına imkan verəcək.
Rayon ərazisində pərakəndə çəkilmiş su xətlərinin ləğv edilməsi, su itkilərinin minimuma endirilməsi və istehlakçıların su təminatının yaxşılaşdırılması məqsədilə daxili imkanlar hesabına isə 5,8 km paylayıcı su xətlərinin tikintisinə başlanılıb.
Eyni zamanda, Azərbaycan dövlətinin şəhid ailələrinə və qazilərin sosial-məişət problemlərinin həlinə dəstək olaraq Sabunçu rayonunda 21 şəhid ailəsi və qazilərin yaşadığı ərazilərdə ümumilikdə 5,1 km uzunluğunda yeni şəbəkə yaradılacaq və 600-dək ünvana birəşmə veriləcək.
Qazilərə və şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarıq. Bizim məhəllədə mən və şəhid Valeh Ələkbərzadənin ailəsi yaşayır. əlavə 80-100 ailənin su problemi həll ediləcək. İşlər yekunlaşır, gələcək günlərdə su ilə təmin olunacaq.
Bu işlər çərçivəsində ümumilikdə 1400-dən çox ailənin içməli su təminatı yaxşılaşacaq.
Artıq bu layihənin tərkib hissəsi olan diametri 160 mm, uzuluğu 800 metr olan paylayıcı su xətləri çəkimişdir. Bu layihə çərçivəsində pərakəndə xətlər ləğv olunacaq. Su xətlərində itkilər minimuma endiriləcək.
Yeni şəbəkələrin tikintisi ilə yanaşı, istirmar müddəti bitmiş içməli su xətlərinin yenilənməsi işləri aparılır. Qeyd edək ki, "Azərsu" ASC-nin daxili imkanları hesabına hazırda Sabunçu rayonu ilə yanaşı Abşeron, Binəqədi, Səbail, Suraxanı, Xəzər rayonlarında, həmçinin Hacıqabul, Saatlı, Şamaxı, Siyəzən, Neftçala, Biləsuvar və Tovuz rayonlarının kənd və qəsəbələrində içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihələr icra olunub.