Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Azərbaycanın antiterror əməliyyatı keçirməsinə mane olmağa çalışır

Rusiya Azərbaycanın antiterror əməliyyatı keçirməsinə mane olmağa çalışır

Tarix: 3 Sentyabr 2021 17:42

"Təəssüf ki, Rusiyanın siyasətində dəyişən bir şey yoxdur".

Bunu Sonxeber.net-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

O bildirib ki, sülhməramlılar Qarabağda mandatlarına aid olmayan işlərlə məşğul olurlar:

"Rusiya 200 illik siyasətini davam etdirir - parçala və hökm sür. Görünür keçmiş Qarabağ münaqişəsinin əvvəlki tək Rusiyadakı mərkəzlərin maraqlarına cavab vermir. Bu yolla həm Azərbaycana, həm də Ermənistana təsir etdiklərini düşünürlər. Ona görə də təxribatlar davam edir, ona görə erməni separatçılar tərkisilah olunmur və yaxud da rus sülhməramlıları Qarabağda mandatlarına aid olmayan işlərlə məşğul olurlar. Ona görə də biz gərək Rusiya ilə bu məsələləri bir daha müzakirə edək və Moskvaya iradlarımızı, narahatlığımızı çatdıraq. 

Əgər Müdafiə naziri Zakir Həsənov deyirsə ki, biz Rusiya hərbiçilərinin arxasında gizlənən erməni separatçılarına qarşı əməliyyatlarımız davam edəcək, bu istiqamətdə biz fəaliyyətimizi davam etdirməliyik. Baxmayaraq ki, Rusiya bu prosesə mane olmağa çalışır. Amma yenə də biz bilməliyik ki, Rusiya separatçıları, Ermənistan himayə edir. Bu gün də Rusiyadan İrəvana hərbi heyyət göndəriblər. Moskva əvvəlki tək Ermənistanı silahlandırmaqda davam edir. Biz də öz işlərimizi görməliyik, öz hədəflərimizə çatmalıyıq və Türkiyə ilə hərbi ittifaqımızı gücləndirməliyik".

Qeyd edək ki, Caliber.az portalı bir sənəd yayıb. Bu sənədə əsasən, avqustun 13-də Rusiya Müdafiə Nazirliyi "DQR"də Müdafiə Nazirliyinin hərbi şəhərciklərinin kazarma və mənzil fonduna hərtərəfli qulluq göstərilməsinin təşkili və həyata keçirilməsi üçün xidmətlərin göstərilməsi haqqında" sifariş verilib. Sifarişin başlanğıc dəyəri 151 414 088 rubl (2 milyon dollar) təşkil edir. Müəyyən olunub ki, qapalı tender elanı Rusiya Müdafiə Nazirliyinin Dövlət Satınalmaları İdarəsinin rəis müavini Oleq Vladimiroviç Zaripov tərəfindən verilib. Rəsmi saytda ərazi Azərbaycan kimi yox "Dağlıq Qarabağ Respublikası" kimi qeyd olunub.

Təhməz Əsədov


Etiketlər:  Rusiya Azərbaycanın antiterror əməliyyatı keçirməsinə mane olmağa çalışır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ