Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2021 21:16
Səudiyyə Ərəbistanının İrs Komitəsi Krallığın ərazisində 400 min il əvvəl Afrikadan Ərəbistana köç etmiş ilk insanların qalıqlarının və əmək alətlərinin tapıldığını bəyan edib. Bu barədə rəsmi SPA agentliyi məlumat yayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, İrs Komitəsinin məlumatında Afrikadan Ərəbistan yarımadasına köçün 55 min il əvvələ qədər davam etdiyi qeyd olunub. Almaniyanın Maks Plank İnstitutunun və Səudiyyə Kral Universitetinin əməkdaşlarının, habelə müxtəlif ali təhsil ocaqlarının və tədqiqat mərkəzlərinin təmsilçilərinin iştirakı ilə Əl-Nufud səhrasında aparılan arxeoloji qazıntılar zamanı qədim insanların istifadə etdikləri daş alətlər, heyvan sümükləri aşkarlanıb. Arxeoloji tapıntılar haqqında nüfuzlu "Nature" jurnalında da geniş elmi məqalə dərc olunub.
Tədqiqatlar nəticəsində məlum olub ki, 400 min il əvvəl Afrikadan başlayan köç Ərəbistan yarımadasında iqlim şəraitinin daha əlverişli olması ilə bağlı olub. Arxeoloqlar qeyd ediblər ki, tapılmış daş alətlər 200 min il əvvəl başlayan erkən paleolit dövrünə aiddir. Torpağın dərin qatlarında aşkar edilmiş heyvan, xüsusən su ayğırı qalıqları isə həmin dövrdə bu ərazidə suyun və yaşıllığın bol olmasına işarədir. Alimlər Afrikadan kütləvi köçün səbəbinin iqlim dəyişikliyi və quraqlıq olduğunu qeyd ediblər.