Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2019 12:48
Bakı. Samir Əli - Trend:
Bakı Metropoliteninin “28 May” stansiyasında 3 ay əvvəl istifadəsi dayandırılan eskalatorun yoxlanması işləri tamamlanıb.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, istehlakçı şirkət tərəfindən eskalatorlara baxış keçirilib:
"Eskalatorlar Almaniyanın “ThyssenKrupp AG” şirkəti tərəfindən təmin edilib. Əvvəldən əldə edilmiş razılaşmaya görə, onlar istədikləri zaman eskalatorların vəziyyətini təftiş edə bilər və “Bakı Metropoliteni” buna şərait yaratmalıdır. Artıq eskalatorda işlər bitib”.
B. Məmmədov bildirib ki, təftişə dayandırılan eskalator metronun “28 May” stansiyasının 2015-ci ilin mayın 5-də təmirdən sonra yenidən istismara verilən köhnə çıxışında quraşdırılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin