Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tbilisi-Vyana istiqamətində uçuş edən sərnişin təyyarəsi qəza enişi edib

Tbilisi-Vyana istiqamətində uçuş edən sərnişin təyyarəsi qəza enişi edib

Tarix: 5 Sentyabr 2021 20:46

"Georgian Airways" aviaşirkətinə məxsus təyyarə qəza enişi edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Georgian Airways" aviaşirkətinə məxsus təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra yaranmış texniki problemlə əlaqədar Tbilisi Beynəlxalq Hava Limanına təcili eniş edib.

Məlumata görə, havaya qalxdıqdan sonra təyyarənin şassisi bağlanmayıb. Təhlükəsiz enişin təmin edilməsi məqsədi ilə təyyarə Tbilisi səmasında 2 saatadək uçaraq yanacağını boşaldıb.

Təyyarənin göyərtəsində ekipaj üzvlərindən başqa 180 sərnişinin olduğu, onların hamısının səhhətinin qənaətbəxş olduğu bildirilib.

Məlumata görə, Tbilisi Beynəlxalq Hava Limanında hazırda uçuşların cədvəl üzrə həyata keçirilir və problemlə əlaqədar heç bir gecikmə yoxdur.

Milli.Az


Etiketlər:  Tbilisi Vyana istiqamətində uçuş edən sərnişin təyyarəsi qəza enişi edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ