Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2019 15:36
“Bavariya” Koutinyodan sonra növbəti transferini gerçəkləşdirib.
Qol.az klubun saytına istinadən xəbər verir ki, münhenlilər klubu 20 yaşlı yarımmüdafiəçi Mikael Kuisansı heyətinə qatıb. “Borussiya”dan (Münhenqladbax) transfer olunan fransız oyunçu ilə 5 illik müqavilə imzalanıb. Keçidə görə “Bavariya” 9.5 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Kuisans buna qədər Münhenqladbax “Borussiya”sı və “Şalke”nin şərəfini qoruyub.