Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2021 22:18
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 2005-ci il təvəllüdlü Həsənova Aytac Amil qızı xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.