Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Avqust 2019 16:20
Bakı. Trend:
Fransanın cənubundakı Kolyur şəhərində atəşfəşanlıq zamanı fişəng partlaması nəticəsində 13 nəfər yanıq xəsarəti alıb.
Trend-in məlumatına görə, qayıqdan sahilə buraxılan fişənglərdən biri elə qayıqdaca partlayıb.
Xəsarət alanlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib. Digərlərinə yerində yardım göstərilib.
Hadisənin fəsadlarının aradan qaldırılması üçün 5 təcili yardım maşını və 30 xilasedici cəlb edilib.
Polis partlayışla bağlı araşdırma başlayıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin