Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2021 18:32
Cənubi Azərbaycanda PKK terrorçuları kəndə hücum edib, qadınları zorla qaçırmaq istəyib, azyaşlı uşaqları döyüb və bəzi məlumatlara görə, kəndin kişilərindən bir neçə nəfəri özləri ilə aparıblar.
Sonxeber.net virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Cənubi Azərbaycandan olan jurnalist Mesut Haray özünün sosial şəbəkə hesabından bildirib, kənddən çəkdiyi videonu paylaşıb. O bildirir ki, PKK-çılar Sulduz şəhəri yaxınlığındakı bəzi kəndlərə, o cümlədən Saxsıtəpə kəndinə basqın ediblər.
Jurnalistin yaydığı videolardan birində azyaşlı qız uşağı ağlayaraq anasının PKK-çılar tərəfindən qaçırılmağa cəhd edildiyini danışır. Bildirir ki, basqın edənlər anasını sürüyərək zorla maşına aparmaq istəyiblər: "Bu vaxt mən anamın qolundan yapışıb ağladım, onlar məni vurdular". Videoda qız uşağının gözünün altının yumruq zərbəsindən qaraldığı görünür.
"Güney Azərbaycanın Sulduz şəhərinin Saksıtəpə kəndindən acı xəbər: bir Türk, bir Kürd kəndlisinin davasından sonra kürdlər Saxsıtəpə kəndində türk ailələrinin evlərinə basqın edir, onları zorla aparır. Qız uşaqlarını, qadınları döyüblər və 15 ailəni evlərindən qovublar",-jurnalist yazır.
Başqa videoda isə qucağında körpəsini tutan qadın PKK-çıların onu qaçırmaq istədiyini göz yaşları içində danışır.
Bildirilir ki, kəndlilər evlərini tərk edərək qonşu kəndlərə sığınıblar, kənd sakini bəzi kişilərin PKK-çılar tərəfindən qaçırıldığı da deyilir. Mesut Haray PKK-çılara İran dövlətinin də dəstək verdiyini, onların bölgədə türklərə qarşı terror mühiti yaratdığını deyir.