Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Sentyabr 2021 20:00
Bu gün günorta saatlarında Kabildə bir universitetdə çəkilən foto böyük səs-küyə səbəb olub.
Sonxeber.net lent.az-a istinadən məlumat verir ki, bütün dünya, "Taliban"ın hakimiyyəti dövründə məktəblərin taleyinin necə olacağını düşünürdü. Bu gün təşkilatın sosial media hesablarında paylaşdığı görüntü bütün suallara cavab olub.
Paytaxt Kabildə yerləşən İbn Sina Universitetində oğlan və qız tələbələri ayırmaq üçün sinfi pərdə ilə ikiyə bölüblər. Sosial şəbəkələrdə yayılan bu fotolar böyük səs-küy yaradıb.
"Taliban" təşkilatı daha əvvəl qızların dini qaydalara riayət etmək şərtilə məktəblərə gedə biləcəklərini açıqlamışdı.