Tarix: 28 Aprel 2019 22:32
Türkiyə Superliqasında 30-cu turun oyunları davam edir.Qol.az-ın məlumatına görə, bu gün daha 3 matç keçirilib. "Bursaspor" evdə "Akhisar"la, "Kayserispor" "Alanyaspor"la bərabərə qalıb.
Çempionluq uğrunda mübarizə aparan "Beşiktaş" isə turu qələbə ilə başa vurub. "Qara qartallar" doğma azarkeşləri önündə "Ankaragücü"nü 4:1 hesabı ilə məğlub edib.
28 aprel
"Bursaspor" - "Akhisar" - 0:0
"Kayserispor" - "Alanyaspor" - 1:1
Qollar: S. Varela, 9 (1:0), S. Koulker, 23 (1:1)
"Beşiktaş" - "Ankaragücü" - 4:1
Qollar: B. Yılmaz, 8 (1:0), D. Vida, 54 (2:0), B. Yılmaz, 63-penalti (3:0), H. Sako, 79 (3:1), A. Lyayiç, 81 (4:1)
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 59-a çatdıran "Beşiktaş" 3-cü pillədəki yerini möhkəmlədib. Şenol Günəşin komandası lider "Başakşəhər"ə (62 xal) yaxınlaşmaqla yanaşı, 2-ci sıradakı "Qalatasaray"a (59 xal) da çatıb. Ancaq "sarı-qırmızılılar" rəqiblərindən 1 oyun az keçiriblər. "Cim-Bom" sabah səfərdə "Konyaspor"a qalib gəlsə, zirvəyə yüksələcək.