Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2021 18:08
Ermənistanda korrupsiya qalmaqalları davam edir. Bir sıra məlumatlara görə, rəsmi Yerevanın sorğusu nəticəsində serblər tərəfindən həbs olunan ATƏT yanında Şimali Makedoniyanın missiyası rəhbərinin müavininin Ermənistanda külli miqdarda pul və milli sərvətin çıxarılmasında əli var.
Sonxeber.net erməni mediasına istinadən xəbər verir ki, İrəvandakı mənbələrdən alınan məlumata görə, Mile Milenkovski və onun iki köməkçisi, həmçinin makedoniyalılar, 500 milyon dollar, 140 kq qızıl, cilalanmış brilyantların qanunsuz ixracının təşkilində iştirak ediblər. İxrac edilən sərvətin ümumi miqdarı bir milyard dollar ola bilər. Daha əvvəl bildirildiyi kimi, 2018 -ci ildə Milenkovski başda olmaqla Şimali Makedoniyadan olan üç diplomat külli miqdarda pul mənimsəməkdə günahlandırılan ölkənin keçmiş hökumətinin nümayəndəsini Ermənistandan öz təyyarələrində çıxarıb. Bəzi məlumatlara görə, bu, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan da ola bilərdi.
Kamran Seyidov