Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu xanımı görənlərdən zəng etmələri xahiş olunur

Bu xanımı görənlərdən zəng etmələri xahiş olunur

Tarix: 8 Sentyabr 2021 09:38

Sumqayıtda 1993-cü il təvəllüdlü Abdulova Gültəkin Əkbər qızı itkin düşüb.

Milli.Az bildirir ki, bu barədə qadının həyat yoldaşı B.Abdulov məlumat verib.

B.Abdulovun sözlərinə görə, qadın avqustun 22-də yaşadığı evdən çıxıb və bu günə qədər geri qayıtmayıb. Ailə üzvləri bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər. Məlumata görə, tanışları G.Abdulovanı son dəfə Şəhidlər Xiyabanında görüblər.

Qeyd edək ki, qadının iki övladı var. G.Abdulova psixoloji problemdən əziyyət çəkir. Onu görənlərdən və ya qadın barəsində məlumatı olanlardan 055 813 67 93 telefon nömrəsinə zəng etmələri xahiş olunur.

Milli.Az


Etiketlər:  xanımı görənlərdən zəng etmələri xahiş olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ