Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2021 14:10
Məşhur teleaparıcı Tina Kandelaki Match TV-nin baş prodüseri vəzifəsindən istefa verib.
Sonxeber.net xəbər verir ki, "Qazprom-Media" holdinqinin baş direktor müavini vəzifəsini tutan Kandelaki ilə bağlı xəbəri sports.ru yayıb. "Bu təyinat, şübhəsiz ki, böyük məsuliyyətdir. Yüksək rəqabət şəraitində fəaliyyət göstərən holdinqimiz qarşısında çox iddialı vəzifələr durur" - deyə Kandelaki təqdimatını şərh edərkən bildirib.
Holdinqin yeni direktor müavini qeyd edib ki, "Qazprom-Media"nın baş direktoru Aleksandr Jarovun təklifi onun üçün sürprizdir. Televiziya aparıcısı ona verilən yeni vəzifələri uğurla həll etmək üçün hər cür səy göstərəcəyinə söz verib.
Kamran Seyidov