Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: Dünya COVID-19-a yoluxma halları ilə bağlı platoya nail olub

ÜST: Dünya COVID-19-a yoluxma halları ilə bağlı platoya nail olub

Tarix: 8 Sentyabr 2021 23:40

Dünya koronavirusa yoluxma halları ilə bağlı platoya nail olub, lakin müxtəlif bölgələrdə vəziyyət fərqlidir. Sonxeber.net AZƏRTAC-a istinadən xəbə verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove sosial şəbəkə istifadəçiləri ilə onlayn yayımlanan sual-cavab sessiyası zamanı bildirib.

"Biz platoya nail olduq, lakin bu plato kifayət qədər yüksək səviyyədədir", - deyə o qeyd edib. - Son vaxtlar hər gün 4,4 - 4,5 milyon yoluxma halı aşkar edilir və təxminən 67-68 min ölüm hadisəsi qeydə alınır. Lakin müxtəlif bölgələrdə vəziyyət fərqlidir", - deyə Mariya van Kerkhove vurğulayıb. Belə ki, onun sözlərinə görə, Amerikada aşkar olunan yoluxma hallarının və ölüm hallarının sayında artım, Avropada - aşkar olunan yoluxma halların sayında azalma və ölüm hallarında artım, Afrikada isə rəqəmlərdə azalma müşahidə olunur.

"Vəziyyət narahatlıq doğurur", - deyə ekspert sözünü yekunlaşdırıb. "Xüsusilə də pandemiyanın artıq 20 ay davam etdiyini və pandemiya ilə mübarizə vasitələrinin olduğunu nəzərə alsaq".

ÜST-nin Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan da narahatlığını bildirib. "Biz istəmədiyimiz bir vəziyyətə qayıdırıq", - deyə o qeyd edib. "Bəzi ölkələrdə, hətta yüksək peyvənd səviyyəsi olsa belə, yoluxma hallarında artım müşahidə olunur". Bu, ekspertin fikrincə, virusun hələ də böyük enerjiyə və potensiala malik olduğunu göstərir.

Bundan əlavə, Maykl Rayan bəzi ölkələrdə peyvəndlərin olduğu, lakin insanların peyvənd olunmaq istəmədiyi, digər ölkələrdə isə peyvənd olunmaq istəyən insanların çox olduğu, lakin vaksinlərin olmaması ilə bağlı dünyada yaranmış ədalətsiz vəziyyətə diqqət çəkib.


Etiketlər:  ÜST Dünya COVID yoluxma halları ilə bağlı platoya nail olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ