Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2021 11:50
Krım xarici təhlükələrdən müvəffəqiyyətlə qorunur.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Krım rəhbəri Sergey Aksyonov deyib.
"Krım həmişəlik Rusiyanındır və heç vaxt Ukraynaya qayıtmayacaq. Hörmətli krımlılar, heç bir platformaya əhəmiyyət verməyin. Təhlükəsizlik baxımından Krım hər şeylə təmin olunub, heç nə Krıma təhlükə yaratmır. Hücum etməyi heç kimə tövsiyə etmirik", - deyə Aksyonov bildirib.
Qeyd edək ki, Ukraynanın təşəbbüsü ilə keçirilən "Krım platforması" sammitdə yarımadanın qaytarılması kimi məsələlər müzakirə olunub.
Sammitdə 40-dan çox ölkənin nümayəndəsi iştirak edib.