Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2021 14:02
Qaraçuxur qəsəbəsində bina tikintisi zamanı fərdi yaşayış evlərinə ziyan dəyib. Ortaq divar uçub, bir yaşayış evi üçün isə ciddi təhlükə yaranıb. Sakinlər yaranan vəziyyətdən narahatdırlar. Ərazidə tikinti aparan şirkətin rəsmisi isə bildirir ki, dəyən ziyan qarşılanacaq, uçan divar bərpa ediləcək.
Sonxeber.net Xəzər TV-yə istinadən bildirir ki, bina tikintisi zamanı yaxınlıqda olan həyət evlərinə ziyan dəyib. Bura Suraxanı rayonu, Qaraçuxur qəsəbəsidir. Əhməd Mehbalıyev küçəsində "Nord Konstrakşın" MMC tərəfindən hündürmərtəbəli binanın tikintisi zamanı ortaq divar uçub.
Sakinlər həmçinin bildirirlər ki, təkcə bu bina deyil, ərazidə inşa edilən digər binanın da tikintisi zamanı evlərinə ziyan dəyib.
Məsələ ilə bağlı əraziyə tikinti işlərinə nəzarət edən şəxs gəldi. Süleyman Əhmədov adlı şəxs bildirdi ki, tikinti işlərinin aparılması üçün aidiyyatı qurumların hamısından icazə alınıb. O həmçinin əlavə etdi ki, tikinti işləri zamanı fərdi yaşayış evlərinə dəyən ziyanın hamısı qarşılanacaq
Qeyd edək ki, ərazidə 1 girişli, 10 mərtəbəli yaşayış binasının inşası nəzərdə tutulur.