Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan və Türkiyə hərbçiləri gəminin azad edilməsi tapşırıqlarını belə yerinə yetirirlər - VİDEO - FOTO

Azərbaycan və Türkiyə hərbçiləri gəminin azad edilməsi tapşırıqlarını belə yerinə yetirirlər - VİDEO - FOTO

Tarix: 10 Sentyabr 2021 12:38

Azərbaycan və Türkiyə Respublikalarının sualtı hücum və sualtı müdafiə qruplarının iştirak etdiyi birgə təlim-məşqlərində növbəti mərhələnin tapşırıqları icra olunub.

Bu mərhələdə Xəzər dənizinin Azərbaycana məxsus sektorunda şərti terrorçu qrup tərəfindən zəbt edilən gəmidə onların zərərsizləşdirilməsi və gəminin azad edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.

Helikopter və katerlərin cəlb olunması ilə keçirilən təlimin növbəti mərhələsində qarşıya qoyulan tapşırıqları iki qardaş ölkənin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdirərək dəqiq və effektiv icra ediblər.


Etiketlər:  Azərbaycan Türkiyə hərbçiləri gəminin azad edilməsi tapşırıqlarını belə yerinə yetirirlər VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ