Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hulusi Akar xəbərdarlıq etdi

Hulusi Akar xəbərdarlıq etdi

Tarix: 11 Sentyabr 2021 23:40

"Bu ilin əvvəlindən etibarən Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən İraq və Suriyanın şimalında, eləcə də, ölkədaxili əməliyyatlarda ümumilikdə 1926 terrorçu zərərsizləşdirilib".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Türkiyə-Suriya sərhədinə səfəri zamanı bildirib.

Sentyabrın 11-i terrorçuların hücumu zamanı yaralanan əsgərlərin ikisinin vəziyyətlərinin qənaətbəxş olduğunu, digər birinin isə əməliyyat ediləcəyini qeyd edən nazir deyib:

"Terrorla mübarizəmiz davam edəcək. Səbir, əzm və qətiyyətlə bu mübarizəyə davam edəcəyik. Sərhədlərimizin cənubunda necə adlandırılmasından asılı olmayaraq, hər hansı bir quruluşun fəaliyyətinə icazə verməyəcəyik".

Milli.Az


Etiketlər:  Hulusi Akar xəbərdarlıq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ