Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyanın bu addımını Moskva anlayışla qarşıladı - ÖZƏL

Paşinyanın bu addımını Moskva anlayışla qarşıladı - ÖZƏL

Tarix: 13 Sentyabr 2021 10:12

"Şəxsən mən hər ölkədə rəsmi səfər çərçivəsində ziyarət ediləcək bir yer və ya bəzi obyektlərin olduğunu düşünürəm. Məsələn, məmurlar dövlət səfərində Ermənistanda olduqda, Tsitsernakaberd kompleksini ziyarət etdikləri kimi. Hansi ki, bu abidə Ermənistanın və diasporanın bu ölkənin qonşularına ərazi iddialarını simvollaşdırır".

Bunu Sonxeber.net-a açıqlamasında rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.

Rusiyalı ekspert bildirib ki, Paşinyan Gürcüstana rəsmi səfər çərçivəsində ziyarət ediləcək yerləri seçməkdə azad deyildi:

"Anladığım qədərilə, 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsində həlak olan bu ölkə vətəndaşlarının məzarını ziyarət etmək rəsmi hadisələr sırasındadır. Habelə bu ölkənin qonşularına ərazi iddialarının "nəticəsi" olan İrəvandakı hərbi qəbiristanlığı ziyarət etmək, xarici dövlətlərin yüksək vəzifəli şəxslərinin rəsmi səfərlərinin tərkib hissəsidir. 

Xarici rəsmilər, hətta Almaniya nümayəndələri də daxil olmaqla, Moskvaya səfər edərkən, rəsmi olaraq Kreml divarının yaxınlığındakı Alexander Parkdakı naməlum əsgərin məzarına gedirlər və bu heç kimdə heç bir psixoloji gərginliyə səbəb olmur. Buna görə də, Paşinyanın Gürcüstana rəsmi səfərinin protokolunda nəzərdə tutulubsa, bu hərbi abidəni ziyarətində fövqəltəbii və xüsusi bir şey görmürəm. Bu vəziyyətdə ziyarət etməmək suallar doğurardı və bəlkə də diplomatik skandala səbəb olardı. Düşünürəm ki, bu, Moskvada da anlayışla qarşılanır. Çünki bu ziyarət rəsmi səfər çərçivəsində tamamilə başa düşülən bir elementdir.

Buna görə də demarş adlandıra bilmədiyim bu addımın Rusiya-Ermənistan münasibətlərində heç bir əks-nəticəsi yoxdur. Xatırladığım qədərilə, 2015-ci ildə İrəvana rəsmi səfəri zamanı prezident Vladimir Putin də Tsitsarnokabert abidəsini ziyarət etmişdi və sonra Bakıya etdiyi səfərlər zamanı Prezident İlham Əliyevlə bütün görüşlərində Azərbaycanın dövlət başçısı onun bu addımına narazılıq ifadə etmədi. Çünki hamımız başa düşürük ki, ölkələrin ən yüksək vəzifəli şəxsləri digər dövlətləri ziyarət edərkən öz hərəkətlərində sərbəst deyillər, qəbul edən tərəfin tərtib etdiyi diplomatik protokola riayət edirlər və bu mənada Paşinyan rəsmi səfər çərçivəsində ziyarət ediləcək yerləri seçməkdə azad deyildi".

Təhməz Əsədov


Etiketlər:  Paşinyanın addımını Moskva anlayışla qarşıladı ÖZƏL


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ