Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2021 13:00
"Xəzərin hüquqi statusu haqqında bəyannamə bu məsələyə tam şəkildə aydınlıq gətirdi. Beş Xəzəryanı dövlət digər dövlətlərin dənizdə iştirakının qanunsuz olması barədə razılıq əldə ediblər. Məsələ Xarici İşlər Nazirliyində müzakirə olunur".
Sonxeber.net xəbər verir ki, bu sözləri İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə Türkiyə və Azərbaycanın Xəzər dənizində hərbi manevrlərini şərh edərkən bildirib.
Xatırladaq ki, beş xəzəryanı dövlətlər bunlardır - Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistandır. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 12.08.2018 -ci ildə qəbul edilib. Konvensiyanın 3.6-cı maddəsində "Tərəflərə aid olmayan silahlı qüvvələrin Xəzərdə olmaması" və 3.11-ci maddədə "Xəzər dənizində gəmiçilik, yalnız bayrağı olan gəmilərin oradan keçməsi tələb olunur.
Kamran Seyidov