Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2021 11:08
Litva hökuməti koronavirusa qarşı peyvənd olunmayanlara ciddi məhdudiyyətlər tətbiq edib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu tədbirlər əhalini peyvəndə həvəsləndirmək məqsədi daşıyır.
Ölkənin Nazirlər Kabinetinin qərarına əsasən, koronavirus pasportu olmayan şəxslər bu gündən etibarən ərazisi 1,5 min kvadrat metrdən çox olan ticarət mərkəzlərinə, heç bir qeyri-ərzaq mağazalarına baş çəkə bilməyəcəklər.
Onlara iaşə obyektlərinə qapalı giriş və ictimai tədbirlərə daxil olmaqla bir sıra xidmətlər göstərilməyəcək.
İşəgötürən işçi kollektivinin bütün üzvlərinin COVID pasportuna sahib olmasına qərar verərsə, peyvənd etməyənlər işdən kənarlaşdırıla bilər.