Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2021 09:30
Braziliyada ikimühərrikli təyyarə qəzaya uğrayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 5 sərnişin və 2 ekipaj üzvü həlak olub.
İnsident San-Paulu ştatında baş verib. Pirasikaba şəhər aeroportundan qalxan təyyarə az keçmiş yerli ali məktəbin avtodayanacağına düşüb.
Yerə çırpılan nəqliyyat vasitəsində partlayış və yanğın baş verib.
Qəzanın səbəbləri araşdırılır.