Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2021 22:14
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 248 nəfər ölüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 341 004 nəfər test edilib, onların 28 224-nün koronavirus testi pozitiv nəticə verib, 28 536 nəfər sağalıb.
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 103 526 811 peyvənd tətbiq edilib ki, bunun 84,02 faizi birinci mərhələ vaksinasiya olunanlardır.