Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2021 03:03
Əslində kalsium çatışmazlığının bünövrəsi uşaq yaşlarında qoyulmağa başlayır. Tərkibində yetərincə kalsium olan qidalardan istifadə etmədikdə bu zaman keçdikcə öz təsirini göstərməyə başlayır.
Uşaq yaşlarında valideyinlərimiz bizə süd içirərkən əksəriyyətimiz bundan xoşlanmazdıq. Amma yaşımız artdıqca kalsiumun çatışmazlığından əziyyət və bol süd içməməyimizin peşmanlığını çəkirik.
Həkimlər kalsiumun insan orqanizmi üçün vacib olduğunu, bunun üçünsə ehtiyyat tədbirlərinin uşaq yaşlarından görülməyə başlanmasını məsləhət bilir. Kalsiumun əsasən də qadınlar üçün vacib olduğunu nəzərə alsaq o zaman qadınların kalsium çatışmazlığı ilə bağlı problemlərinin baş verməməsi üçün sağlamlqlarının qeydinə qalmaları vacibdir.
Amerika alimləri 19-50 yaşına qədər olan insanlara hər gün 1000 mq kalsium qəbul etməyi məsləhət bilir. 51 yaşından yuxarı olan insanların isə gün ərzində 1200 mq kalsium qəbul etməlidirlər. Onların araşdırmaları kalsium çatışmazlığının orqanizm üçün təhlükəli olduğunu söyləyirlər.
Kalsium çatışmazlığı orqanizmdə hormonal sistemin pozğunluqarına səbəb ola bilir. Bu isə özlüyündə orqanizmdə müxtəlif problemlərin meydana çıxmasına səbəb olur.
Kalsium çatışmazlığının orqanizmdə əmələ gətirdiyi əlamətlər aşağıdakılardır
1 Ayaqlarda qıcolmalar
Kalsium çatışmazlığının sinir uclarında əmələ gətirdiyi spazmlar səbəbindən baş verir.
2 Geyişmələr və uyuşmalar
Əl və ayaqların sinir uclarında geyişmələr və uyuşmalar kalsium çatışmazlığının əlamətlərindən biridir.
3 Dişlərdə karies və dəliklər
Kalsium çatışmazlığı dişlərdə problemlərin meydana gəlməsinə əsəb olan əsas amillərdəndir.
4 Dırnaqların sınması
Kalsium çatışmadıqda dırnaqlarda və saçlarda qırılmalar meydana çıxır.
5 Yuxu pozğunluqları
Kalsiumun normal olması melatonin hormonunun normal ifraz edilməsinə səbəb olur ki, bu da yuxusuzluq əlamətləri ilə özünü göstərir.
6 Kürək və onurğa nahiyədə ağrılar
Kalsum çatışmazlığı insanların onurğa boyu və onurğaətrafı nahiyəsində ağrılara səbəb ola bilir. Kalsium çatışmazlığı zamanı insanlar daima bu nahiyələrində narahatçılıq hissi yaşayır və həmin nahiyədə olan ağrı hissində şikayətlənirlər.
7 Yaddaş zəifliyi
Mütəxəssislər yaddaşla əlaqədar meydana çıxan problemlərin əsasən kalsium çatışmazlığı səbəbindən baş verdiyini söyləyirlər.
8 Apoleksik zərbə
Mütəxəssislər kalsiumun beyindəki neyromediatrlara təsir etdiyini söyləyirlər. Neyronlarda kalsium çatışmazlığının olması isə az yaşlı uşaqlarda beyin əzələlərinin spazmına və qıcolmaya səbəb olur.