Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2021 10:38
Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb.
Sonxeber.net musavat.com-a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlardan deyil, su şüşələrindən də istifadə olunmuşdu.
Qeyd edək ki, bu gün Ermənistan parlamentində hökumət üzvlərilə görüş keçirilib. Hökumət rəhbəri başda olmaqla, nazirlər deputatları maraqlandıran suallara cavab veriblər.