Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milli xalçalar diqqət mərkəzində - VİDEO

Milli xalçalar diqqət mərkəzində - VİDEO

Tarix: 16 Sentyabr 2021 13:30

Moskvada Azərbaycan xalçalarının ixracı ilə bağlı dəyirmi masa keçirilib

Moskvada Heimtextil 2021 beynəlxalq sərgi çərçivəsində "Azərbaycan xalçalarının ixracı. Azərbaycan xalçalarının və tekstilinin Rusiyada populyarlaşması adlı dəyirmi masa keçirildi. Rusiyadakı Ticarət Nümayəndəliyimizin təşəbbüsü ilə təşkil edilən tədbirdə Azərbaycan və Rusiyadan dövlət nümayəndələri, xalça və tekstil istehsalçıları, ekspertlər, dizaynerlər, sənətşünaslar iştirak etdi.

Sonxeber.net Real TV-yə istinadən bildirir ki, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev tədbiri açaraq Azərbaycan xalçaçılığının tarixindən danışdı. Bildirdi ki, Azərbaycan xalçalarının ilk partiyası tezliklə Rusiya bazarına daxil olacaq və Yekaterinburq, Tatarıstan, Sankt -Peterburq kimi şəhərlərdə milli xalçaların sərgiləri və satışları təşkil olunacaq.

Rusiya Federasiyası Ticarət və Sənaye Palatasının İstehlak Bazarının İnkişafı Şurasının sədri Aleksandr Borisov isə Azərbaycanın tarixi və mədəniyyəti haqqında daha çox məlumat əldə etməyə imkan verən bu cür müzakirələrin əhəmiyyətini vurğuladı.

Dəyirmi masa çərçivəsində "Azərxalça" nın nümayəndələri, eləcə də digər dizayner mütəxəssislər tarixi incəsənətin müasirliklə tandem təşkil etməsi, xalçaların müasir yeniliklərə uyğunlaşdırılması istiqamətində fikirlərini bölüşdülər.

Dəyirmi masadan sonra milli xalçalara baxış keçirən iştirakçılar Azərbaycan xalçalarının incəliyi və gözəlliyinə heyran olduqlarını qeyd etdilər.

Nəzərinizə çatdıraq ki, sentyabrın 14-dən Moskvada keçirilən Heimtextil 2021 beynəlxalq sərgi tədbir beynəlxalq sərgi sentyabırın 16-sona yetəcək


Etiketlər:  Milli xalçalar diqqət mərkəzində VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ