Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2021 16:44
Gorus-Qafan avtomobil yolunda maşın karvanlarından ibarət tıxac yaranıb.
Sonxeber.net xəbər verir ki, sürücülərin çoxunun keçid məntəqəsində yük maşınlarını saxlayan və 100 dollardan 300 dollar arasında gediş haqqı tələb edən azərbaycanlılara ödəməyə pulu yoxdur. İndi Ermənistan Milli Təhlükəsizlik Xidməti İran yük maşınları üçün Gorusdan Qafana gedən yolu müvəqqəti olaraq bağlayıb.
Sürücülər etiraf edirlər ki, Ermənistan polisi və Milli Təhlükəsizlik Xidməti onlara dolama yolu ilə getməyi təklif edir. Amma yük maşınları belə dar bir yolda hərəkət etmək üçün çox böyükdür. Sürməyə cəsarət edən bəzi yük maşını sürücüləri qəzaya düşür. Onların bəzilərinin bu pulu verdikləri bildilir.
Kamran Seyidov