Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2021 10:40
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib.
Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artıq vaksinasiyaya razılıq verib.
Qeyd edək ki, Fransada xeyli müddətdir vaksinasiya əleyhinə kütləvi etirazlar keçirilir.