Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2021 11:04
Türkiyədə mənzil qiymətlərindəki artım davam edir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, ökənin Mərkəzi Bankının hesabatına görə, iyul ayında qiymətlər ötən ayla müqayisədə 2.8%, illik müqayisədə isə nominal 31%, real olaraq 10% artıb.
Ən böyük artım İzmirdəki mənizllərdə qeydə alınıb. Daha sonra bahalaşma İstanbul və Ankarada müşahidə edilib.
Hazırda Türkiyədə 100 kvadratmetrlik mənzilin orta qiyməti 466.9 min TL-dir. İstanbulda bu rəqəm 694.3 min TL, Ankarada 341 min TL, İzmirə isə 574.9 min TL təşkil edir.