Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avro-2020: Bakıya işgüzar səfər başlayıb

Avro-2020: Bakıya işgüzar səfər başlayıb

Tarix: 19 Avqust 2019 16:28

Bakı. Trend:

2020-ci ildə təşkil olunacaq Avropa çempionatının oyunlarına hazırlıq işləri ilə tanış olmaq məqsədilə UEFA nümayəndələrinin bu gün Bakıya işgüzar səfəri başlayıb.

Trend-in məlumatına görə, 70 nəfərlik heyətlə paytaxtımıza gələn Avropa futbol təşkilatının nümayəndələri oyunların təşkilati prosesinə aidiyyəti olan müxtəlif sahələr üzrə işlərin gedişi ilə tanış olacaqlar. UEFA nümayəndələrinin səfəri avqustun 22-dək davam edəcək. Həmin gün, eyni zamanda, Avro-2020-nin UEFA sponsorlarının da nümayəndələri Bakıya gələcək, Bakı Olimpiya Stadionu, şəhərimizdəki otellər, Fan zonanın təşkil olunması planlaşdırılan ərazilərlə tanış olacaqlar.
Xatırladaq ki, UEFA İcraiyyə Komitəsinin müvafiq qərarına əsasən, Avro-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması BOS-da təşkil olunacaq.


Etiketlər:  Avro 2020 Bakıya işgüzar səfər başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ