Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə maska məcburiyyəti ləğv edilir

Bu ölkədə maska məcburiyyəti ləğv edilir

Tarix: 18 Sentyabr 2021 08:50

Belçikada maska məcburiyyəti ləğv edilir və "təhlükəsiz COVID kartı"nın istifadə sahəsi genişləndirilir.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Aleksandr de Kro keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, ölkədə yetkinlik yaşına çatmış şəxslərin 84 faizi tam vaksinasiyadan keçib. Buna görə də oktyabrın 1-dən mağaza və qonaqlama sektorunda həm müştəri, həm də işçilər üçün maska məcburiyyəti ortadan qaldırılır.

Baş nazir əlavə edib ki, tibb müəssisələrində, gözəllik salonları və bərbərxanalarda maska taxılmalıdır.

Ölkədə oktyabrın 1-dən etibarən "təhlükəsiz COVID kartı" restoran, idman salonu kimi müxtəlif yerlərə girişdə istifadə ediləcək. Hələlik oktyabrın 31-dən keçərli olan tətbiq pandemiya ilə bağlı vəziyyətdən asılı olaraq 30 iyun 2022-ci ilə qədər uzadıla bilər

Oktyabrın 1-dən gecə klubları da "təhlükəsiz COVID kartı" şərti ilə açılacaq.


Etiketlər:  ölkədə maska məcburiyyəti ləğv edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ