Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Sentyabr 2021 09:38
BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerreş dünyanın 2.7 dərəcə istiləşməyə gedən fəlakətli bir yolda olduğunu bəyan edib. Onun sözlərinə görə, 2030-cu ilədək qlobal karbon qazı emissiyası 16% artacaq.
Qeyd edək ki, hazırda dünya üzrə atmosferə zərərli tullantıların 80%-i Böyük 20-lik ölkələrinin payına düşür.