Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağ savaşından sonra iki qlobal güc var - Maqid

Qarabağ savaşından sonra iki qlobal güc var - Maqid

Tarix: 18 Sentyabr 2021 20:36

Cənubi Qafqaz bölgəsində Türkiyə regional gücə çevrilib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Mixail Maqid deyib.

O bildirib ki, II Qarabağ müharibəsindən əvvəl Rusiyanın bölgədəki gücü mütləq idi:

"Ancaq müharibə vaxtı və sonra yeni vəziyyət yarandı. İndi isə 2 qlobal güc var: Türkiyə və Rusiya. Bakı Ankara ilə getdikcə hərbi və iqtisadi ittifaq yaradır, bununla bərabər orduları möhkəmlənir. Ermənistana gəlincə, sarsıdıcı bir məğlubiyyətdən sonra güclü Azərbaycan-Türkiyə ittifaqının mövcudluğunu da nəzərə alsaq, Ermənistanın bir dövlət olaraq varlığı indi tamamilə Rusiyadan asılıdır".

Politoloq qeyd edib ki, Türkiyənin Cənubi Qafqazda güclənməsi Rusiyanın bölgədəki ana strategiyasını təhlükəyə atıb:

"Rusiyanın bölgədəki hədəfi Türkiyə və İranın təsirinin genişlənməsini əngəlləmək olub. Ancaq II Qarabağ müharibəsindən sonra Türkiyənin bölgədəki təsiri o qədər artdı ki, bunu Rusiyanın strateji uğursuzluğu kimi də başa düşmək olar".


Etiketlər:  Qarabağ savaşından sonra qlobal güc Maqid


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ