Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Sentyabr 2021 10:14
ABŞ Dövlət Departamentinin Dövlət Dumasına keçirilən seçkilərlə bağlı bəyanatı hibrid müharibənin bir elementidir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski deyib.
"Bu bəyanat heç bir ümumi reallıqla uzlaşmır", - deyə deputat bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Rusiyada Dövlət Dumasına keçirilən seçkilərin qeyri-azad, həqiqi prosedurlardan uzaq, beynəlxalq öhdəliklərin icra edilmədiyi şəraitdə keçirilməsi barədə bəyanat yaymışdı.