Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2021 13:20
İtaliyanın Siciliya dasındakı Etna vulkanı yenidən fəallaşıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb.
Odlu dağ üç saat ərzində kül və lava püskürüb. Onun püskürtüsü 9 min metr yüksəkliyə çatıb.
Qeyd edək ki, dəniz səviyyəsindən 3326 metr hündürlükdə olan vulkan üç həftə öncə aktivləşmiş və yerli sakinləri xeyli qorxutmuşdu.